Rus biznesmenin 1 milyonluq rüşvət iddiası müxalifətçiyə baha başa gəldi

Rus biznesmenin 1 milyonluq rüşvət iddiası müxalifətçiyə baha başa gəldi
16:53 26 Fevral 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Qırğızıstanda müxalif "Ata Meken" Partiyasının tərəfdarları paytaxt Bişkekdə Dövlət Milli Təhlükəsizlik Komitəsinin binasının qarşısında aksiya keçirirlər.

APA-nın "Sputnik Kırqızstan" agentliyinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları partiyanın həbs edilən lideri Omurbek Tekebayevin azadlığa buraxılmasını tələb edirlər.

Qırğızıstan Baş Prokurorluğu O. Tekebayevi bu gün Bişkek aeroportunda saxlayıb. Partiya sədri rusiyalı biznesmen Leonid Mayevskinin ifadəsinə əsasən, dələduzluq və korrupsiyada günahlandırılır. Rusiyalı biznesmen Qırğızıstanda mobil şəbəkə operatorunun yaradılması ilə bağlı O. Tekebayev baş nazirin müavini olduğu dövrdə 1 milyon dollar rüşvət verdiyini bildirib.

Mitinqə Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva da gəlib. R. Otunbayeva O. Tekebayevin ölkənin müstəqilliyində və demokratiyanın inkişafında böyük rol oynadığını, hakimiyyətin müxalif lideri ev həbsinə buraxacağına ümid etdiyini söyləyib.

"Ata Meken" Partiyasının parlamentdəki fraksiyası parlamentin növbədənkənar iclasının çağırılması təşəbbüsü ilə çıxış edib. Bunun üçün 40 deputatın imzası lazımdır


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR