Türkiyənin Dənizli şəhərində ötən ay açılan Azərbaycan Qarabağ parkında Xocalı şəhidlərinin xatirəsi yad edilib.
APA-nın Türkiyə
mətbuatına istinadən verdiyi məlumata görə, mərasimdə Türkiyənin
iqtisadiyyat naziri Nihat Zeybəkçi, Dənizli valisi Əhməd
Altıparmak, Dənizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan,
millət vəkilləri, tələbələr iştirak ediblər.
N. Zeybəkçi Xocalı soyqırımı qurbanları başda olmaqla, bütün
şəhidlərə rəhmət diləyib: "Bu torpaqları, istər Anadolu, istərsə də
Azərbaycanı, Naxçıvanı qarış-qarış qanımızla suvarmışıq. Türkiyə
Azərbaycanın yanında olmağa davam edəcək. Biz bir millət, iki
dövlətik. Hər kəs bilsin ki, bundan sonra kim Azərbaycana düşmən
münasibət bəsləyərsə, Türkiyə səssiz qalmayacaq. Heç kim bunu
unutmasın".
N. Zeybəkçi beynəlxalq ictimaiyyəti ikili standartlardan çıxış
etməməyə çağırıb.