Bu gün ilin ilk Günəş tutulması olacaq

Bu gün ilin ilk Günəş tutulması olacaq
17:18 26 Fevral 2017
126 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu gün ilin ilk Günəş tutulması hadisəsi olacaq.

Publika.az report.az-a istinadən bildirir ki, dairəvi Günəş tutulması Bakı vaxtı ilə saat 16:12-də başlayacaq, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək.

Yerdən Ay səthinin arxasında gizlənəcək Günəşin yalnız nazık dairə şəklində olan az bir hissəsi görünəcək. Səma hadisəsini Cənubi və Qərbi Afrika, Cənubi Amerika, Antarktida sakinləri müşahidə edə biləcəklər. Bu hadisəni Azərbaycandan izləmək mümkün olmayacaq.

Qeyd edək ki, bu il 2 Ay və 2 Günəş tutulması hadisəsi baş verəcək. İlk ay tutulması fevralın 11-də qeydə alınıb. Növbəti Ay tutulması avqustun 7-də, ikinci Günəş tutulması isə avqustun 21-də olacaq. Bu hadisələrin insanlar üçün heç bir təhlükəsi yoxdur və adi astronomik hadisədir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qoroskop/189378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR