ABŞ prezidenti Donald Tramp Demokratlar Partiyaaının Milli Komitəsinin sədri postuna seçkilərin saxtalaşdırıldığını bəyan edib.
APA-nın "RİA
Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, şənbə günü
ABŞ-da Demokratlar Partiyasının Milli Komitəsinin sədri postuna
seçkilərdə sabiq əmək naziri Tom Peres 245 səs, onun ən yaxın
rəqibi, Nümayəndələr Palatasının Minnesota ştatından olan üzvü Kita
Ellison 200 səs qazanıb.
D. Tramp isə "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb ki,
Demokratlar Partiyasının Milli Komitəsinin sədri postuna seçkilər
tamamilə saxtalaşdırılıb: "Demokratlar Partiyasının Milli
Komitəsinin əvvəlki sədri Sanders Berni kimi, Tom Peresin də sədr
seçilmək şansı olmayıb. Hillari Klinton bu posta Peresin
seçilməsini tələb edib".