Əfqanıstanda "Taliban"ın iki komandiri məhv edilib

Əfqanıstanda "Taliban"ın iki komandiri məhv edilib
17:57 26 Fevral 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 fevral. REPORT.AZ/ Əfqanıstanda güc strukturları tərəfindən "Taliban"ın iki komandiri məhv edilib.
"Report" xəbər verir ki, bu barədə "Pajvak" agentliyi yerli məmurlardan birinə istinadən məlumat yayıb.
Məlumata görə, öldürülənlər Qari Mujahid və Mullah Baraldır. Onların hər ikisi ölkənin mərkəzi hissəsi Lahor vilayətində, bazar gününə keçən gecə məhv ediliblər. Bununla yanaşı, radikal qruplaşmanın 7 üzvü də həbs edilib.
Əməliyyat zamanı həmçinin silah-sursat, və silahlılara aid olan motosikl götürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-taliban-in-iki-komandiri-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR