25 yaşlı gənci həmkəndliləri bıçaqladılar

25 yaşlı gənci həmkəndliləri bıçaqladılar
18:05 26 Fevral 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyanda 25 yaşlı gənc bir neçə nəfər tərəfindən bıçaqlanıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb.
 
Həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Paniyev Eşqin İsmixan oğlu döş qəfəsindən və bədəninin digər nahiyələrindən 3 bıçaq yarası alıb. E.Paniyev Şirvan Şəhər Xəstəxanasına döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub və əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirlən gəncin vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər.

Qeyd edilir ki, hadisə E.Paniyevin həmkəndliləri tərəfindən törədilib. Həmin şəxsləri polisin saxladığı bildirilir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/521342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR