Moskvada müxalifət marş keçirir - FOTOLAR

Moskvada müxalifət marş keçirir - FOTOLAR
18:28 26 Fevral 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskvada müxalifət Boris Nemtsovu anma aksiyası keçirir.

Virtualaz.org "İnterfaks"a istinadən bildirir ki, paytaxt polisi aksiyanın keçirildiyi ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

Təntənəli yürüş başlanmazdan əvvəl naməlum şəxs aksiya iştirakçılarının önündəki 1-ci cərgədə dayanmış müxalifət siyasətçisi Mixail Kasyanovun üzünə "zelyonka" töküb. Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oradan uzaqlaşdırılıb.

M.Kasyanov isə təntənəli yürüşün önündə hərəkətini davam etdirir, baxmayaraq ki, insidentdən sonra "zelyonka"nın ləkələri hələ də üzündə qalıb.

Xatırladaq ki, müxalif siyasətçi Boris Nemtsov 27 fevral 2015-ci ildə Böyük Moskva çayı körpüsündə, bilavasitə Kremlin yaxınlığında öldürülmüşdü.




Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR