25 yaşlı gənci həmkəndliləri bıçaqladılar

25 yaşlı gənci həmkəndliləri bıçaqladılar
18:38 26 Fevral 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyanda 25 yaşlı gənc bir neçə nəfər tərəfindən bıçaqlanıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Paniyev Eşqin İsmixan oğlu döş qəfəsindən və bədəninin digər nahiyələrindən 3 bıçaq yarası alıb. E.Paniyev Şirvan Şəhər Xəstəxanasına döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub və əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirlən gəncin vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər.

Qeyd edilir ki, hadisə E.Paniyevin həmkəndliləri tərəfindən törədilib. Həmin şəxsləri polisin saxladığı bildirilir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/189385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR