"Taliban"ın iki komandiri məhv edildi

"Taliban"ın iki komandiri məhv edildi
18:47 26 Fevral 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanda güc strukturları tərəfindən "Taliban"ın iki komandiri məhv edilib.

"Report" xəbər verir ki, bu barədə "Pajvak" agentliyi yerli məmurlardan birinə istinadən məlumat yayıb.

Məlumata görə, öldürülənlər Qari Mujahid və Mullah Baraldır. Onların hər ikisi ölkənin mərkəzi hissəsi Lahor vilayətində, bazar gününə keçən gecə məhv edilib. Bununla yanaşı, radikal qruplaşmanın 7 üzvü də həbs edilib.

Əməliyyat zamanı həmçinin silah-sursat və silahlılara aid olan motosikl götürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR