Yaşayış evində partlayış - Ölən və xəsarət alanlar var

Yaşayış evində partlayış - Ölən və xəsarət alanlar var
18:48 26 Fevral 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Siciliyada yaşayış binasının uçması nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

Xəbərdə bildirilir ki, İtaliyanın sahəsinə görə ikinci adasının şəhərinin mərkəzi hissəsinin sakinləri bazar günü yuxudan partlayış səsinə oyanıblar. İlkin ehtimala görə, binanın uçmasına səbəb qaz balonunun partlaması olub. Hadisə yerinə gəlmiş xilasedicilər üçmərtəbəli binanın demək olar tamamilə məhv olduğunu görüblər.

Partlayışın baş verdiyi mənzilin dağıntıları arasından yaşlı qadının cəsədi çıxarılıb. Xəsarət almış dörd nəfərdən ikisi ağır vəziyyətdədir. Hadisə zamanı yaralanmış on yaşlı qız kəllə sınığı ilə təcili xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və polis cəlb edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR