Xocalı günü anadan olan aprel şəhidi - VİDEO - FOTO

Xocalı günü anadan olan aprel şəhidi - VİDEO - FOTO
18:52 26 Fevral 2017
277 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün aprel döyüşlərində ağır yaralanaraq mayın 8-də şəhid olan kapitan Nəcməddin Savalanovun doğum günüdür.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Nəcməddin Savalanov 26 fevral 1985-ci ildə İmişli rayonunun Göbəktala kəndində anadan olub. Kapitan Nəcməddin Savalanov 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Daha sonra təhsilini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 4 il oxuyub. Daha sonra zabit kimi ordu sıralarında xidmətə başlayıb. 

2016-cı ilin aprelin 2-də təmas xəttində gedən döyüşlərdə ayağından və çiynindən ağır güllə yarası alan kapitan Nəcməddin Savalanov mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib. 

Şəhid kapitan Göbəktala kənd məzarlığında dəfn edilib. Nəcməddin Savalanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
Şəhid kapitan 3 övlad atası olub - iki qız, biri oğlan.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR