Bu gün hamımız xocalılıyıq

Bu gün hamımız xocalılıyıq
19:12 26 Fevral 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün yalnız Xocalının deyil, bütün torpaqlarımızın gözü yoldadır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən şəhər sakini Tahir Talıblı söyləyib.

T.Talıblı deyib: "Bu gün hamımız xocalılıyıq, hamımızın dərdi torpaqlarımızın dərdidir. Xocalı bizim tarixi faciələrimizdən biridir. Ermənilərin xalqımıza qarşı bu düşmənçiliyi yüz illər boyu davam edir. Millətimiz ermənilər tərəfindən saysız işgəncələrə məruz qalıb, çox faciələr görüb. Biz bunlardan dərs almalıyıq. Mən bu problemin həllini yalnız birlikdə görürəm. Azərbaycan xalqı güclü xalqdır və biz öz torpaqlarımızı geri qaytaracağıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR