Şəhid oğlu: "İnanıram ki, Azərbaycanın Dövlət bayrağı Xocalıda dalğalanacaq"

Şəhid oğlu: "İnanıram ki, Azərbaycanın Dövlət bayrağı Xocalıda dalğalanacaq"
19:37 26 Fevral 2017
203 Ölkə
Ölkə mətbuatı
A- A+

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal ediblər. İşğalçılar şəhəri ələ keçirərək yüzlərlə insanı, o cümlədən qadınları (onların sırasında hamilə qadınlar da olub), uşaqları və qocaları qətlə yetiriblər. Atam Vaqif Behbudov, cəbhə xəttində rabitəçi işləyən xalam da öldürülüb. Hadisədən üç ay sonra mən dünyaya gəlmişəm və mənə atamın adını qoyublar. İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dövlət bayrağımız Xocalıda dalğalanacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən şəhid oğlu Vaqif Behbudov deyib. "Xocalı soyqırımı bəşər tarixində qanlı səhifələrdən biridir, günahsız uşaqlara, qadınlara və qocalara qarşı erməni vəhşiliyinin heç bir izahı yoxdur. XX əsrin sonunda baş vermiş bu hadisə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir", - deyə Vaqif Behbudov fikrini tamamlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR