Bir hərf səhvinə görə 21 il həbs cəzası çəkdi - FOTO

İtaliyada 21 il həbsdə olan şəxsin günahsız olduğu məlum olub.

Metbuat.az-ın məlumatına görə, 1995-ci ildə adam öldürmək iddiasıyla 24 il azadlıqdan məhrum edilən 51 yaşlı Massaronun, 1 hərf səhvinin qurbanı olduğu üzə çıxıb. Bildirilir ki, o, telefonda həyat yoldaşı ilə danışarkən yük (muers) daşıdığını deyib. Lakin onun yük mənasında işlətdiyi söz "ölü" (muert) ifadəsi kimi sənədləşdirilib. 21 ildən sonra hakim məsələyə yenidən baxıb və Massaronun günahsız olduğu təsdiqini tapıb. Maraqlısı budur ki, 1991-ci ildə italiyalı daha bir dəfə haqsız yerə həbs edilib. 1 il həbsdə qalan Massaronun günahsız olduğu üzə çıxıb, o, sərbəst buraxılıb.

Qeyd edək ki, o, psixi pozuntular keçirməmək üçün təcridxanada elmi kitablar oxuyub, yoqa ilə məşğul olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR