Oğurluq edən gənc qız və oğlan tutuldu

Oğurluq edən gənc qız və oğlan tutuldu
19:48 26 Fevral 2017
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunda yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.

Publika.az xəbər verir ki, Bakı şəhər sakini Cəmilə Musayeva və Xaçmaz şəhər sakini Etibar Cavadovun rayon ərazisində yaşayış evlərində oğurluq etməsi ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə məlumat daxil olub.

Xaçmaz RPŞ-nin, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış bölməsinin, Nəsimi Polis İdarəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb. Onlar Xaçmaz şəhəri, Şıxəli Qurbanov küçəsində Əsli Mərdanovaya məxsus evdən giriş qapısını açaraq qanunsuz evə daxil olmaqla iki ədəd xalça, bir ədəd ətçəkən maşın, bir ədəd çaydan və 15 ədəd stəkanı oğurlayıb. İstintaq zamanı hər iki şəxs törətdiyi əməli etiraf edib.

Faktla bağlı cinayət məcəlləsinin 177.2.1, 172.3 maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/189390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR