Bu gün əsən güclü külək azərbaycanlıların kompakt yaşadığı Marneulidə fəsadlar törədib.
Publika.az xəbər verir ki, şəhərin Mazmişvili küçəsində yerləşən “ATAHoldinq” İdman Sarayının qarşısındakı parkda bir küknar ağacı küləyin təsiri ilə aşaraq kökündən çıxıb, sarayın hasarını uçurub.
Ağacın budaqları yaxındakı evləri zədələyib, elektrik dirəyini əyərək, xətləri qırıb. Hazırda həmin küçədə elektrik xətləri bərpa edilir.
Marneulinin digər kəndlərində də fəsadlar qeydə alınıb. Baydar
və Kürdlər kəndlərində əhalinin həyətyanı sahələrdəki
istixanalarının örtüklərini külək aparıb. Saqareco rayon mərkəzində
isə güclü külək ağacları kökündən aşırıb və nəticədə 10 avtomobil
əzilib. Saqareco rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda
avtomobil sahiblərinə dəyən ziyanı hesablamaq üçün komissiya
yaradılıb.