Su bulanıq haldadır, üstəlik də pis qoxu gəlir

Su bulanıq haldadır, üstəlik də pis qoxu gəlir
20:22 26 Fevral 2017
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Su bulanıq haldadır, üstəlik də pis qoxu gəlir. Şəkinin Turan qəsəbəsindən axan və ətraf 12 kəndin də içməli su mənbəyi olan əlican çayının suyu bulanıq rəng alıb. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sakinlərin sözlərinə görə, su ara-sıra bulansa da kənd sakinləri onu xüsusi hovuzlara yığaraq duruldur və içməli su kimi istifadə edirlər. Son dövrlərdə isə su sarı rəngə boyanıb və üfunət qoxusu gəlir.

Sakinlər iddia edirlər ki, çaya kanalizasiya suyu axıdılır.
Turan qəsəbəsi üzrə icra nümayəndəliyindən bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılıb və çaya hər hansı bir mənbədən çirkab qarışdığı tapılmayıb.
Sudan nümunələr götürülüb və Gigiyena və Epidemiologiya Mərkəzinin Şəki şöbəsində yoxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR