“Taliban” lideri məhv edildi

“Taliban” lideri məhv edildi
20:24 26 Fevral 2017
139 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanda  “Taliban” hərəkatının liderlərindən biri məhv edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, pilotsuz təyyarənin hərbi düşərgəni atəşə tutması nəticəsində “Taliban” hərəkatının Gündüz əyalətindəki  liderlərindən biri olan Abdul Salam öldürülüb.

 

Məlumata görə,  atəş nəticəsində daha 2 silahlı məhv edilib.

 

Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanın Nanqarxar, Gilmənd, Loqar və Gündüz əyalətlərində vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268587

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR