Plastik əməliyyatlar beyni qocaldır?

Plastik əməliyyatlar beyni qocaldır?
20:33 26 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Alimlər sübut edib ki, plastik əməliyyatlar beyin qocalmasını sürətləndirir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da Kaliforniya universitetinin alimləri plastik əməliyyatların beyin üzərində təsirini araşdırıb.

Araşdırma nəticəsində məlum olub ki, plastik əməliyyatlar beyin qocalmasını sürətləndirir.

Mütəxəssislərin sözlərinə görə, araşdırmada plastik əməliyyat olunmuş çoxlu sayda insan iştirak edib. Məlum olub ki, beyin plastik müdaxilədən sonra mimikaların yeni vəziyyətinə dərhal uyğunlaşa bilmir.

Beyin yeni zahiri görkəmə uyğunlaşmaqda aciz olur. Bu isə xəstələrdə sinir pozulmalarına və uzunsürən depressiyaya səbəb olur. Bir müddət sonra beynin qocalma proseslərinin sürətlənməsi qeydə alınıb.

Kaliforniya universitetinin əməkdaşları onu da sübut edib ki, gəncləşmək məqsədilə edilən istənilən cərrahi müdaxilə və ya əməliyyatlar beynə mənfi təsir edir, o cümlədən, iş qabiliyyətini də aşağı salır.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/119545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR