Pilotsuz aparat “Taliban” liderlərindən birini məhv etdi

Pilotsuz aparat “Taliban” liderlərindən birini məhv etdi
21:13 26 Fevral 2017
109 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanda “Taliban” hərəkatının liderlərindən biri məhv edilib.

Publika.az xəbər verir ki, pilotsuz təyyarənin hərbi düşərgəni atəşə tutması nəticəsində “Taliban” hərəkatının Gündüz əyalətindəki liderlərindən biri olan Abdul Salam öldürülüb. Atəş nəticəsində daha 2 silahlı məhv edilib.

Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanın Nanqarxar, Gilmənd, Loqar və Gündüz əyalətlərində vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR