Xanım telejurnalist döyüş bölgəsində həlak oldu - MOSUL / FOTO

İraqın Ərbil şəhərində fəaliyyət göstərən "Rudaw" telekanalanın əsas simalarından biri, məşhur jurnalist Şəfa Gerdi Mosuldakı çəkiliş zamanı həlak olub.

Metbuat.az-ın məlumatına görə, baş verən partlayışda kameraman Yunus Mustafa isə ağır yaralanıb. 

Bildirilir ki, xanım jurnalist çəkiliş zamanı minanın üzərinə çıxıb. Nəticədə partlayıcı qurğu işə düşüb. Mina əraziyə İŞİD terrorçuları tərəfindən yerləşdirilib. Həmin bölgə bir neçə gün əvvəl qruplaşmadan azad edilib.

Sübhan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR