Milli üzvü fərqləndi, komandası darmadağın oldu

Milli üzvü fərqləndi, komandası darmadağın oldu
21:27 26 Fevral 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya II Bundesliqasında XXII turun oyunları davam edir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" də növbəti matçına çıxıb.

"Bənövşəyilər" doğma meydanda "Drezden"i qəbul ediblər. Görüş qonaqların 4:1 hesablı darmadağını ilə yekunlaşıb.
 
Nazarov start heyətində başladığı oyunda 90 dəqiqə meydanda olub. O, 3-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
 
60-cı dəqiqədə isə penalti zərbəsi ilə komandasının təsəlli qoluna imza atıb.
 
Qeyd edək ki, 22 oyundan sonra aktivində 18 xal olan "Aue" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR