"Mən yoldaşımla fəxr edirəm, çünki o əsl qəhrəmandır"

"Mən yoldaşımla fəxr edirəm, çünki o əsl qəhrəmandır"
21:37 26 Fevral 2017
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Xocalı faciəsi zamanı həyat yoldaşım Rövşən Həsənov həlak olub. O Vətənini canından üstün tutmuşdu. Həmin faciə zamanı yoldaşım məni və üç uşağımızı evdən çıxardı. Özü isə qaldı və dedi ki, mən son günədək burada olmalıyam. Yoldaşım pulemyotçu və könüllü dəstənin komandiri idi. O, hər zaman ön cərgədə olurdu. Yoldaşım faciə baş verən zaman sonadək vuruşub, qadınları, uşaqları, qocaları xilas edib, onlardan ötrü canını qurban verib. Bu qəhrəmanlığa görə, ulu öndər Heydər Əliyev 1997-ci ildə Rövşən Həsənovu "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib. Mən yoldaşımla fəxr edirəm, çünki o əsl qəhrəmandır.

Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı Bakıda keçirilən ümumxalq yürüşünün iştirakçısı, şəhid ailəsinin üzvü, Xocalı sakini Almaz Məmmədova deyib.

A.Məmmədova bildirib ki, həmin hadisələr zamanı, həmçinin dayısı ailəliklə şəhid olub. Xocalıda tamamilə məhv edilən 8 ailədən biri mənim dayımın ailəsidir. Onların evi erməni qaniçənləri tərəfindən yandırılaraq kül olmuşdu.

"Biz bu gün həyatda qaldığımıza görə yoldaşım kimi, Xocalıda həlak olanların ruhuna borcluyuq. Faciədən 25 il ötsə də, biz onları unutmamışıq. Xalqımız da bu faciənin acı nəticələrini unutmamalıdır. Çünki bu, bizim qan yaddaşımızdır. Bütün dünya ictimaiyyəti isə bəşəriyyətə qarşı ən böyük cinayəti tanımalıdır, ona lazımi hüquqi-siyasi qiymət verilməlidir", - deyə A.Məmmədova vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR