Azərbaycan Prezidenti “Qatar Petroleum”un icraçı direktoru ilə görüşüb

Azərbaycan Prezidenti “Qatar Petroleum”un icraçı direktoru ilə görüşüb
21:42 26 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 fevral. REPORT.AZ/ Qətərdə rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Dohada “Qatar Petroleum”un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə “Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edilib, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulanıb. “Qatar Petroleum”un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycan-prezidenti-qatar-petroleum-un-icraci-direktoru-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR