Azərbaycan prezidenti “Qatar Petroleum”un icraçı direktoru ilə görüşdü

Azərbaycan prezidenti “Qatar Petroleum”un icraçı direktoru ilə görüşdü
22:03 26 Fevral 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Qətər Dövlətində rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da Dohada “Qatar Petroleum”un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə “Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edilib, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulanıb.

“Qatar Petroleum”un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/189399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR