"Xocalı faciəsi məndən atamı və qardaşımı aldı"

"Xocalı faciəsi məndən atamı və qardaşımı aldı"
22:12 26 Fevral 2017
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Xocalı faciəsi məndən atamı və qardaşımı aldı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Xocalı sakini Solmaz Həsənalıyeva deyib.

O bildirib ki, faciə zamanı qardaşı və atası Xocalının özünümüdafiə dəstəsində düşmənlə mübarizə aparıb. Döyüşdə hər ikisi şəhid olub, anası isə əsir düşüb.

"Fevralın 25-dən 26-na keçən gecə düşmən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə hücuma keçdi. Qardaşım və atam Xocalının özünümüdafiə dəstəsində şəhəri qoruyurdu. Amma düşmən yaxşı silahlanmışdı və zirehli texnikası vardı. Onlar atamla qardaşımı tutub işgəncələrlə şəhid etdilər. Anamı əsir götürdülər. 25 gün əsir saxladılar, dözülməz əzablar verdilər", - deyə Solmaz Həsənalıyeva vurğulayıb.

Xocalı faciəsi məndən atamı və qardaşımı aldı. Neçə-neçə ailələr tamamilə məhv oldu. Mən istəyirəm ki, bütün dünya bu ədalətsizliyə biganə qalmasın. Düşmən lazımi cavabını alsın və bizim başımıza gətirilən faciələrə hüquqi qiymət verilsin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR