"Ermənilərin Xocalıda törətdikləri yadıma düşəndə uzun müddət özümə gələ bilmirəm"

"Ermənilərin Xocalıda törətdikləri yadıma düşəndə uzun müddət özümə gələ bilmirəm"
22:47 26 Fevral 2017
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Mən ötən əsrin 90-cı illərinin əvvəlində könüllü dəstələrə qoşulub Dağlıq Qarabağın erməni işğalından azad olunması üçün cəbhəyə yollanmışam və orada həm də tibb işçisi kimi xidmət etmişəm. Ağdərə döyüşlərində iştirak etmişəm. Şuşada olan zaman xəbər gəldi ki, Xocalıda vəziyyət ağıdır. Fevralın 26-da Xocalı soyqırımı törədilən zaman biz də hamı kimi xocalılılara köməyə getdik.

Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində ermənilər tərəfindən Xocalıda törədilmiş dəhşətlərin şahidi olmuş Sevda Səfərova deyib.

S.Səfərova həmin faciə zamanı yaralanan Mahir adlı bir şəxsi xatırladığını bildirdi. Mahirin anası və bacısı ermənilərə əsir düşmüşdü. Onların ayaqlarını kəsmişdilər. Sonradan onlar əsirlikdən azad edilərək xəstəxanaya yerləşdirildi. Mahir biləndə ki, onun anası və bacısı ermənilərə əsir düşüb, xəstəxanada dözə bilmədi və vəfat etdi. Budur, erməni vəhşiliklərinin acı nəticələri. Ermənilərin Xocalıda törətdikləri yadıma düşəndə uzun müddət özümə gələ bilmirəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR