Xocalı şəhidinin anası: "Ermənilərin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması ədalətsizlikdir"

Xocalı şəhidinin anası: "Ermənilərin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması ədalətsizlikdir"
23:05 26 Fevral 2017
239 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu dəhşətli faciə - Xocalı soyqırımı dünyada tanınacaq, bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında gec-tez cavab verməli olacaqlar.

Milli.Az bildirir ki, bunu AZƏRTAC-a müsahibəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən şəhid Məzahir Əbilovun anası Qənirə Əbilova deyib.

O bildirib ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu qətliama beynəlxalq aləmdə siyasi-hüquqi qiymətin verilməməsi ədalətsizlikdir.

Şəhid anası qəsbkar Ermənistanın tarix boyu heç zaman ona məxsus olmamış Azərbaycan torpaqlarını xoşluqla, ya da zor gücünə geri qaytarmağa məcbur olacağını, şəhidlərimizin qanının yerdə qalmayacağını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR