Yeni "Nokia 3310" təqdim olundu - Qiyməti 49 avrodur - VİDEO - FOTO

Yeni "Nokia 3310" təqdim olundu - Qiyməti 49 avrodur - VİDEO - FOTO
23:22 26 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"HMD Global" şirkəti əfsanəvi "Nokia 3310" telefonunun yeni versiyasını təqdim edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, təqdimat Barselonada "MWC 2017" sərgisində baş tutub.

320х240 piksellik "Nokia 3310" 2 meqapikselli kamera ilə təmin olunub və microSD yaddaş kartlarını dəstəkləyir.

Yeni versiya əvvəlki ilə müqayisədə daha yüngül və nazikdir.

Qeyd olunur ki, telefonun korpusu boz, mavi, qırmızı və sarı rənglərdə olacaq.

Qiyməti 49 avro olan telefonun satışa çıxarılacağı zaman hələ ki, açıqlanmır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/521443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR