Ramil Şeydayev Slovakiyanın "Jilina" klubunda debüt edib

Ramil Şeydayev Slovakiyanın "Jilina" klubunda debüt edib
23:42 26 Fevral 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev bu gün Slovakiya çempionatında "Jilina"nın heyətində debüt edib.
"Report" xəbər verir ki, Azərbaycan yığma komandasının 21 yaşlı hücumçusu XXI turun "Zlate Moravse" ilə ev oyununun 76-cı dəqiqəsində meydana daxil olub.
O, matç zamanı sol cinah hücumçusu mövqeyində çıxış edib.
Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə nəticələnib. Ramil komandasının 2-ci qolunun müəllifi olan Samuel Mrazı əvəzləyib. "Jilina" bundan sonra daha 2 qol vuraraq böyükhesabla qalib gəlib.
Qeyd edək ki, "Jilina" 19 oyundan 47 xalla aşkar liderdir.
20:30. "Jilina" - "Zlate Moravse" - 4:1
Qollar: Miroslav Kacer, 50, Samuel Mraz, 54, Filip Hlovoski, 84, Lukas Janosik, 90+1 - Martin Boszorad, 42

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ramil-seydayev-slovakiyanin-jilina-klubunda-debut-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR