“Total” rəsmisi Bakıda (FOTO)

“Total” rəsmisi Bakıda (FOTO)
10:26 7 Yanvar 2015
191 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransanın “Total” şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş İcraçı direktoru və Azərbaycan üzrə təmsilçisi Denis Lemarşal Bakı Ali Neft Məktəbində (BANM) olub.

Bakı Ali Neft Məktəbindən (BANM) ANS PRESS-ə verilən məlumata görə, BANM rektoru Elmar Qasımov qonağı salamlayaraq, rəhbərlik etdiyi ali təhsil ocağı haqda məlumat verdi. O, Ali Məktəbinyaranma tarixindən danışaraq, BANM-in prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə yaradıldığını bildirib. Rektor Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində açılan bu Ali Məktəbin yarandığı qısa zaman ərzində dünya şöhrətli, bir çox tanınmış neft-qaz şirkətləri ilə əməkdaşlığa imza atdığını qonağın diqqətinə çatdırıb.

Elmar Qasımov deyib ki, bu il Ali Məktəbə qəbul olan abituriyentlərdən 17 nəfəri Prezident təqaüdçüsü adını qazanıblar. BANM-in Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətləri, həmçinin ARDNŞ üçün kadr hazırlığı həyata keçirdiyini və tələbələrin bu şirkətlərdə mütəmadi olaraqtəcrübə keçdiklərini bildirib. “Total” şirkətinin Bakı Ali Neft Məktəbinin ilk əməkdaşlıq etdiyi şirkətlərdənbirincisi olduğunu deyib. Rektor Elmar Qasımov qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayıb. O, Denis Lemarşalı və şirkətin əməkdaşlarını BANM tələbələri üçün mühazirə-seminarlar keçirməyə dəvət etdi və bunun tələbələr üçün faydalı olacağını bildirib.

Öz növbəsində,“Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktoru və təmsilçisi Denis Lemarşal BANM-də olmasından məmnunluq ifadə edib. O. Fransa ilə Azərbaycan arasında əlaqələrdən söz açdı və bu ikitərəfli əlaqələrin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini deyib. O, əməkdaşlığın davam vəinkişafetdirilməsinin vacibliyindən söz açdı.Denis Lemarşal BANM tələbələri üçün təmsil etdiyi şirkətin ixtisaslı kadrları tərəfindən mühazirələrin təşkilinin mümkünlüyünü bildirdi və məmnunluqla razılıq bildirib.

Xatırladaq ki, BANM və Fransanın “Total”şirkəti arasında 10 aprel 2013-cü ildə Əməkdaşlıq Protokolu imzalanıb. SənəddəBANM və Fransanın neft-qaz və kimya yönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, Fransada doktorantura təhsilinin təşkili, tələbələrin bir qisminin “Total” şirkətinin baş ofisində təcrübə keçmələrinin təmin edilməsi, “Professionallar Assosiasiyası”nın üzvlərinin Bakı Ali Neft Məktəbinin tələbələri üçün mühazirələr oxumasının təmin olunması və BANM-in tələbələrinin Fransanın elm və tədris müəssisələrinin kitabxana-informasiya resurslarından istifadə etməsi nəzərdə tutulur.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=318157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR