Ramil Şeydayev yeni klubunda debüt edib

Ramil Şeydayev yeni klubunda debüt edib
01:05 27 Fevral 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın futbolçusu Ramil Şeydayev bu gün Slovakiya çempionatında "Zilina"nın heyətində debüt edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu 21-ci turun "Zlate Moravse" ilə ev oyununda 76-cı dəqiqədə meydana daxil olub. Ramil sol cinah hücumçusu mövqeyində oynayıb. "Zilina" 0:1 hesabı ilə məğlub duruma düşsə də, 4 qol vuraraq, böyük hesabla qələbə qazanıb - 4:1. 

Qeyd edək ki, "Jilina" 19 oyundan 47 xalla aşkar liderdir. Onun bugünkü rəqibi 16 xalla 10-cu pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR