Cəzbedici rənglərdən çəkinməyin - FOTOLAR

Cəzbedici rənglərdən çəkinməyin - FOTOLAR
03:03 27 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Müasir görünmək üçün dəb tendensiyalarından agah olmaq vacibdir. Ciddi dəb xətasına yol verməmək üçün hansı fason və rənglərin bir-biri ilə uyğunluğundan xəbərdar olmalısınız.

Özünəməxsus üslub yaratmağı arzulayırsınızsa, əlbəttə ki, öz individuallığınızı vurğulamalısınız. Lakin yuxarıda qeyd edildiyi kimi, üzərinizdəki bütün aksessuar və geyimlər bir-biri ilə uzlaşmalıdır.

Publika.az xəbər verir ki, qış aylarında ancaq tünd rənglərə üstünlük vermək, nəinki ötən ilin, hətta ötən əsrin qalığıdır. Bu dəb tendensiyası müəyyən mənada öz əhəmiyyətini qoruyub saxlasa da, artıq neçə ildir ki, açıq rənglər qışın trendi olmağa davam edir.

Təəssüf ki, çoxları əlvan rəngli paltarlar geyinməkdən çəkinir. Bu, rəngləri bir-biri ilə uzlaşdıra bilməməkdən irəli gəlir. Əslində, əlvan rəngləri ahəngdar şəkildə birləşdirmək düşünüldüyü qədər çətin deyil. Biz də bu yazıda bir neçə "şparqalka" toplamışıq. Şəkillər və məsləhətlər sizə xeyli yardımçı olacaq.

Beləliklə, ağ rəngdən başlayaq: Ağ istənilən rənglə uzlaşır.

Çəhrayı həm ağ, həm də soyuq mavi ilə yaraşır. Lakin bənövşəyi rənglə çəhrayını birləşdirməkdən çəkinmək lazımdır.

Qırmızı isə ağ, boz, açıq çəhrayı, bənövşəyi, göy və əlbəttə ki, qara ilə yaxşı tutuşur.

Yadda saxlamaq vacibdir ki, sarı özü kifayət qədər cəlbedici rəngdir. Bu səbəbdən, onu tünd rənglərlə birləşdirmək təklif olunur. Sarı xüsusən tünd göy, tünd yaşıl və zoğalı rənglə gözəl uzlaşır.

Narıncı ilə göy, mavi və əlbəttə ki, bənövşəyinin uyğunlaşması maraqlıdır.

Qəhvəyinin krem rəngləri, o cümlədən, çox açıq çəhrayı ilə sintezi uğurlu alınır. Qəhvəyi rəng yaşıl və narıncı ilə də gözəl qalır.

Yaşıl rəngi qəhvəyi və narıncı ilə uzlaşdıra bilərsiniz. Tünd yaşılla açıq sarının birləşməsi də zövqlü görünür.

Aytən























Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/117453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR