Bakı-Quba yolunda ölümlə nəticələnən qəza

Bakı-Quba yolunda ölümlə nəticələnən qəza
03:09 27 Fevral 2017
332 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 45-ci km-də “BMW” markalı minik avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.

 

Dərhal nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hadisə zamanı vəfat etmiş sürücü, 1976-ci il təvəllüdlü Rzayev Emil Hafiz oğlunun cəsədini aidiyyatı üzrə təhvil veriblər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR