"Terminator" və "Titanik" filmlərində oynayan aktyor vəfat edib

"Terminator" və "Titanik" filmlərində oynayan aktyor vəfat edib
03:22 27 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Tanınmış amerikalı aktyor, kinorejissor, ssenarist və prodüser, dördqat "Qızıl qlobus" mükafatı nominantı Bill Pekston fevralın 26-da 61 yaşında vəfat edib.
"Report" xəbər verir ki, Amerika mətbuatının məlumatına görə, onun ölümünə əməliyyatdan sonra vəziyyətinin ağırlaşması səbəb olub.
Pekstonun son işi "Məşq günü" serialının çəkilişlərində iştirak etmək olub.
Geniş tamaşaçı kütləsi onu "Terminator", "Yırtıcı 2", "Özgələr", "Gerçək yalan", "Titanik" kimi məşhur filmlərdə ikinci planda oynadığı yaddaqalan rolları ilə xatırlayırlar.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/terminator-ve-titanik-filmlerinde-oynayan-aktyor-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR