Bakı-Quba yolunda qəza: 1 ölü

Bakı-Quba yolunda qəza: 1 ölü
08:05 27 Fevral 2017
229 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 45-ci km-də "BMW" markalı minik avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hadisə zamanı vəfat etmiş sürücü 1976-ci il təvəllüdlü Rzayev Emil Hafiz oğlunun cəsədini aidiyyatı üzrə təhvil verilib.

Əməliyyat saat 01:36-da başa çatıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/521456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR