"Real"-dan səfərdə möhtəşəm geridönüş

"Real"-dan səfərdə möhtəşəm geridönüş
08:17 27 Fevral 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

Madridin "Real" klubu "Vilyareal"la 2:0 hesabı ilə geri düşdüyü görüşdə qələbə qazana bilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, fevralın 27 İspaniya La Liqası çərçivəsində baş tutan görüşdə ev sahibləri oyunun 50-ci dəqiqəsində Triqeros və 56-ci dəqiqədə Bakambunun qolları ilə 2:0 hesabı ilə irəli keçiblər.

Lakin, görüşün 64-cü dəqiqəsində Karvaxalın ötürməsindən sonra Qaret Beyl hesab arasındakı fərqi minimuma endirib. Oyunun 74-cü dəqiqəsində cərimə meydançasında əllə oyuna görə hakim "Vilyareal"ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Kriştianu Ronalduo bu fürsəti əldən qaçırmayıb - 2:2.

Oyunun 83-cü dəqiqəsində Marselonun sol cinahdan ötürdüyü topu Alvaro Morata başla qapıya göndərib və oyunun yekun hesabını müəyyən edib - 2:3.

Qeyd edək ki, bu qələbəylə "Kral" klubu İspaniya çempionatındakı liderliyini qoruyub saxlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR