Vaşinqtonda erməni təxribatının qarşısı alındı

Vaşinqtonda erməni təxribatının qarşısı alındı
08:28 27 Fevral 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 26-sı Vaşinqtonda Azərbaycan Respublikasının Səfirliyi qarşısında bir qrup erməni təxribatçı aksiya keçirməyə çalışıb və həmvətənlərimiz bu təxribata layiqli cavab verib.

Publika.az xəbər verir ki, Ermənistan hakimiyyətinə bağlı erməni lobbist təşkilatlarının təşəbbüsü və dəstəyi ilə təşkil edilən və az sayda iştirakçının qatıldığı aksiyada əsas diqqət “Sumqayıt hadisələri” ilə bağlı guya Azərbaycan tərəfinə etirazın bildirilməsi və ölkəmizə qarşı təxribatçı şüarların səsləndirilməsi olub.

Sözügedən aksiyadan xəbər tutan Azərbaycan diasporunun üzvləri həmin təxribata qarşı aksiya keçirərək Qarabağın əzəli Azərbaycan torpağı olduğu, Ermənistanın işğalçı dövlət kimi Azərbaycan torpaqlarını dərhal boşaltması, Ermənistan hakimiyyətinin Xocalıda törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmasına yönəlmiş çağırışlar edərək erməni aksiyasını uğursuz vəziyyətə salıb. Soydaşlarımızın səsləndirdiyi Əsgər Marşı və Dövlət Himni sədaları altında erməni təxribatçı qrupu dağılışmaq məcburiyyətində qalıb.

Erməni lobbistlərinin bu təxribatçı aksiyasının əsas məqsədi Azərbaycan tərəfindən Xocalı qətliamı barədə həqiqətlərin ABŞ-da tanıdılması üçün bir çox şəhərlərdə həyata keçirdiyi çoxsaylı tədbirlərdən diqqəti yayındırmaqdır. Aksiyanın Xocalı soyqırımının ildönümü günü təşkil edilməsi də bunu bir daha göstərir.








Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/189420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR