Ruh bədəndən çıxanda şəklini çəkdilər

Ruh bədəndən çıxanda şəklini çəkdilər
08:38 27 Fevral 2017
199 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da çəkilmiş iki foto sosial şəbəkələrdə geniş müzakirə olunur. Bu fotolar heyrət və təəccüb doğurur. Olay ABŞ-ın Kentukki ştatındakı Pauell Kaunti rayonunda yaşanıb.

Publika.az xəbər verir ki, fotoları həmin an hadisə yerindən keçən yük maşınının sürücüsü Sol Vaskes çəkib.

Vaskes Feysbukdakı profilində yazıb ki, “Bert T Kombs Mountayn Parkvey” yolunda olarkən minik avtomobilinin vurub kənara atdığı motosikletin sürücüsünün can verdiyini görüb.

“O, bir qədər xırıldadı, sonra keçindi. Həmin an vücuddan qəribə buludun çıxdığını gördüm. Həmin bulud sanki insan ruhu idi”, - Vaskes yazıb.

Vaskesin çəkdiyi fotolardan birində yol kənarındakı cəsədin üzərində gerçəkdən də sanki ruh təki substansiya görünür. (Musavat.com)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR