“Alatava-Avtonəqliyyat” səhmdarlarına hesabat verəcək

“Alatava-Avtonəqliyyat” səhmdarlarına hesabat verəcək
09:17 27 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Aprelin 9-da, saat 12:00-da “Alatava-Avtonəqliyyat” QSC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncaq Cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində baş tutacaq. Yığıncağın gündəliyinə 2016-cı ilin maliyyə hesabatının və nəticələrinin müzakirə edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Alatava-Avtonəqliyyat” QSC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 188 536 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/alatava-avtoneqliyyat-sehmdarlarina-hesabat-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR