​Körpələrin geyimləri necə yuyulmalıdır? - Bunlara diqqət!

Yeni doğulan körpələr üçün bir-birindən gözəl geyimlər alırıq. Ancaq önəmli və diqqət edilməsi vacib məqam həmin geyimlərin yuyulmasıdır. Körpələrin dərisi həssas olduğu üçün bəzi məqamlara diqqət etməlisiniz.

Metbuat.az uşaq geyimlərini yuyarkən diqqət edəcəyiniz vacib məqamları təqdim edir:

Körpələrin dərisi həssas olduğu üçün onların paltarlarını böyüklərin paltarından ayırıb yumaq lazımdır. Mütəxəssislər xəbərdarlıq edir ki, yeni alınan geyimləri yumadan əsla geyinməyin. Yuduqdan sonra mütləq geyimləri ütüləyin. Beləcə, mikroblar öləcək. Tərkibində kimyəvi maddələr olan yuyucu vasitələr körpənizin dərisində qaşıntıya, qızarıqlığa və bir çox əks təsirlərə səbəb olacağından xüsusi istehsal olunan yuyucu vasitələrdən ya da sabun tozlarından istifadə edin.

Uşaq geyimlərini yuduqdan sonra açıq havada qurudun və qurutduğunuz geyimləri mütləq ütüləyin. Ütü yüksək istilik səbəbilə gigiyenik təsiri artırır.

Bəzi valideynlər uşaq böyüyəndə geyinəcək paltarları indidən alıb saxlayır. Bu zaman geyimlərin təzə qalması üçün dərmanlardan istifadə edirlər. Mütəxəssislər bildirir ki, uşaqların geyimlərini saxlayarkən naftalin və güvə dərmanlarından qətiyyən istifadə etmək olmaz.

Aysel yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR