Azərbaycanın qadın boksçusu beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycanın qadın boksçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
09:27 27 Fevral 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 68-ci beynəlxalq "Stranca" turnirində gümüş medala sahib olub.
"Report"un məlumatına görə, 54 kq çəki dərəcəsində yer alan idmançı finalda yerli dəri əlcək ustası Stanimira Petrovaya uduzub - 2:3.
Qeyd edək ki, Anna Əlimərdanova "Stranca" turnirində Azərbaycanın yeganə xanım təmsilçisi olub. 9 kişi boksçudan ən yaxşı nəticəni 1/4 finaladək irəliləyə bilən Tayfur Əliyev (56 kq) və Vüsal Verdiyev (60 kq) göstərib. Turnirə ümumilikdə 41 ölkədən 277 boksçu qatılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-qadin-bokscusu-beynelxalq-turnirde-gumus-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR