"Real" geri döndü...

İspaniyanın "Real" klubu "Vilyareal"la 2:0 hesabı ilə geridə olduğu matçda qələbə qazanıb.

Metbuat.az xəbər verir ki, fevralın 27 İspaniya La Liqası çərçivəsində baş tutan görüşdə ev sahibləri oyunun 50-ci dəqiqəsində Triqeros və 56-cı dəqiqədə Bakambunun qolları ilə 2:0 hesabı ilə irəli keçiblər.

Matçın 64-cü dəqiqəsində Karvaxalın ötürməsindən sonra, Qaret Beyl hesab arasındakı fərqi minimuma endirib. Oyunun 74-cü dəqiqəsində cərimə meydançasında əllə oyuna görə hakim Vilyarealın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Kriştiano Ronaldo bu fürsəti əldən qaçırmayıb - 2:2.

83-cü dəqiqədə Marselonun sol cinahdan ötürdüyü topu Alvaro Morata başla qapıya göndərib və oyun 2:3 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, bu qələbəylə "Kral" klubu İspaniya çempionatındakı liderliyini qoruyub saxlayıb.

Əsmər / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR