“Xocalı qətliamı türk millətinin ortaq dərdidir” - Binəli Yıldırım

“Xocalı qətliamı türk millətinin ortaq dərdidir” - Binəli Yıldırım
09:34 27 Fevral 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

“25 il əvvəl işğal olunan Xocalıda erməni cinayətkar dəstələrinin vəhşicə qətlə yetirdiyi soydaşlarımıza Allahdan rəhmət diləyirəm”.

 

APA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım özünün  “twitter” səhifəsində yazıb. Baş nazir 1992-ci il fevralın 26-da Xocalı soyqırımının törədildiyini xatırladıb. Yıldılrım “yerə-göyə sığışmayan acı – Xocalı qətliamı” başlıqlı statusunda “o gün azərbaycanlı mülki şəxslər erməni cinayətkar qruplar tərəfindən vəhşicəsinə qətlə yetirildi. Bu qətliam Türk millətinin ortaq dərdidir” - deyə, bildirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR