Almaniyalı azarkeşlər Azərbaycanla oyun üçün 800 bilet sifariş edib

Almaniyalı azarkeşlər Azərbaycanla oyun üçün 800 bilet sifariş edib
09:37 27 Fevral 2017
139 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Almaniya milli komandasının fan-klubu Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün 800 bilet sifariş edib. "Report"un məlumatına görə, bununla bağlı Almaniya Futbol İttifaqına (DFB) müraciət edilib.  
Onların bilet və səfər xərclərini məşhur şirkətlərdən biri öz üzərinə götürüb. Bu jest 29 mart 2003-cü ildə təsis edilən fan-klubun ad gününə kiçik hədiyyə məqsədilə edilib. Azarkeş qrupunun 10 illiyi münasibətilə də belə addım atılmışdı. 2013-cü ilin martında azarkeşlər Almaniya yığmasının Astanada Qazaxıstanla oyununa havayı səfər etmişdilər.   
Qeyd edək ki, DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş saat 20:00-da start götürəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/almaniyali-azarkesler-azerbaycanla-oyun-ucun-800-bilet-sifaris-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR