Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist Zabil Müqabiloğlu dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu haqda sosial şəbəkədə onun dostları məlumat yayıb. O, dünən gecə 1 saylı kliniki xəstəxanada (keçmiş Semaşko) dünyasını dəyişib.

Qeyd edək ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən jurnalistin səhhəti ötən gecə qəfil pisləşib. Onda kəskin daxili qanaxma başladığı, həkimlərin qanaxmanı saxlaya bilmədikləri qeyd edilir.

Xatırladaq ki, Z.Müqabiloğlu sirrozdan əziyyət çəkirdi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR