AFFA-nın baş katibi UEFA İcraiyyə Komitəsinə namizədlik üçün seçki platformasını təqdim edib

AFFA-nın baş katibi UEFA İcraiyyə Komitəsinə namizədlik üçün seçki platformasını təqdim edib
09:57 27 Fevral 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ AFFA-nın Baş katibi Elxan Məmmədov Avropanın bir neçə milli futbol asosiasiyasının rəhbərlərinə öz seçki platformasını təqdim edib.
"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, Skandinaviya və Baltik ölkələrinin təşəbbüsü ilə Danimarkanın paytaxtı Kopenhagendə UEFA İcraiyyə Komitəsinə namizədlərlə görüş keçirilib. 
Tədbirə 13 namizəddən AFFA-nın baş katibi Elxan Məmmədov da daxil olmaqla 7-si qatılıb. Namizədlər ayrılıqda Danimarka, Estoniya, Farer adaları, İslandiya, Latviya, Norveç və İsveç milli futbol asosiasiyalarının rəhbərlərinə öz seçki platformalarını təqdim ediblər və sualları cavablandırıblar.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinə seçkilər aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək qurumun növbəti konqresində baş tutacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-nin-bas-katibi-uefa-i-craiyye-komitesine-namizedlik-ucun-secki-platformasini-teqdim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR