KİV: Tramp müdafiə xərclərini kəskin artırmaq və Dövlət Departamentinin maliyyələşməsini azaltmaq niyyətindədir

KİV: Tramp müdafiə xərclərini kəskin artırmaq və Dövlət Departamentinin maliyyələşməsini azaltmaq niyyətindədir
10:12 27 Fevral 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp federal qurumlardan növbəti maliyyə ili üçün büdcənin müdafiə xərclərini kəskin artıra bilməyə icazə verən şəkildə tərtibini tələb edəcək.
"Report" xəbər verir ki, bu barədə dörd yüksək vəzifəli mənbəyə istinadən "The New York Times" məlumat yayıb.
Bununla yanaşı, Ağ Ev rəhbəri Dövlət Departamenti və Ətraf Mühitin Mühafizəsi Agentliyi kimi dövlət orqanlarının maliyyələşməsindən milyardlarla dollar ixtisar etməyi düşünür.
Yeni administrasiyada ABŞ-ın dövlət büdcəsi ÜDM-in 2017-ci ildəki 2,4 faizlik artımına əsasən hesablanır. Nəşr tazır ki, məmurlar Trampın prezidentliyinin ilk ilində vəd edilən 3 fazilik göstəriciyə nail olmağa ümid etmir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-tramp-mudafie-xerclerini-keskin-artirmaq-ve-dovlet-departamentinin-maliyyelesmesini-azaltmaq-ni

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR