Ermənilər hansı əraziləri ələ keçirmək istəyir? - Azərbaycanlı polkovnik açıqladı...

Fevralın 25-nə keçən gecədən Ermənistan silahlı qüvvələri cəbhə boyu ərazilərdə irimiqyaslı təxribatlar törətməklə mövqelərimizə soxulmağa çalışıblar. Daha ağır döyüşlər cəbhənin Xocavənd-Füzuli istiqamətində baş verib. Artıq bir neçə gündür cəbhədə vəziyyət gərgin olaraq qalır.

Ermənilərin hərbi hədəfləri nədir və onlar hansı əraziləri tutmaq istəyirlər?

Bununla bağlı Metbuat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənilərin özləri nə etmək istədiklərini bilmirlər:

“Ötən ilin aprel ayında ermənilər Azərbaycanın işğal altında olan torpaqlarının müəyyən hissəsini itirdilər. Ermənistanın siyasi və hərbi rəhbərliyi qarşısına məqsəd qoyub ki, həmin əraziləri geri qaytarsın. Əlbəttə ki, bu, qeyri-mümkündür. Azərbaycan ordusu o ərazilərdə lazım olan bütün müdafiə infrastrukturunu normal vəziyyətə gətirib. Amma ermənilərin çalışdığı odur ki, cəbhədə gərginlik olsun. Daxildə parlament seçkiləri ilə bağlı məsələdən diqqəti yayındırsınlar və öz məqsədlərinə çatsınlar. Başqa heç bir məqsədləri yoxdur. Nə ola bilər?! Ermənistan bilir ki, Azərbaycan onları işğal altındakı torpaqları boşaltmağa məcbur edəcək. Başqa yolu yoxdur!"

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR