Əfsanəvi "Nokia" modeli geri döndü - Bu formada... / FOTO

Barselonada keçirilən Mobil Dünya Konqresində (MWC) əfsanəvi "Nokia"-nın "Nokia 6", "Nokia 5", "Nokia 3" ve "3310" modelləri tanıdılıb.

Metbuat.az xəbər verir ki, yeni "Nokia -3310" daha kiçik, yüngül və incədir. Düymə yerləşdirmələri köhnə modeldən bir az fərqli olsa da, orijinal dizayna uyğunluq saxlanılıb.

2.4 düym QVGA ekran, 2 MP arxa kamera və microSD kart dəstəyi ilə gələn yeni "Nokia 3310"-da Nokia Series 30+ əməliyyat sistemi istifadə edilir.

"Nokia -3310"Opera mini" ilə internetə bağlana bilir. Təbii ki, cihazın içərisində əfsanə "ilan oyunu" da var. Bundan başqa, nostalji zəng səsləri də yenilənmiş variantları ilə telefonda yer alır.

İlin ikinci rübündə satışa çıxacaq Nokia 3310-nun qiyməti isə sadəcə 52 dollardır.

Texniki xüsusiyyətləri:

Ölçülər: 115.6*51.0*12.8mm - 79.6 qram

Ekran: 2.4 düym QVGA

Kamera: 2 MP, LED flaş dəstəkli

Yaddaş: 32 GB-yə qədər microSD kart dəstəyi

Əməliyat sistemi: Nokia Series 30+

Bağlantı: MicroUSB, Bluetooth 3.0, 3.5 mm AV əlaqə nöqtəsi

Media24.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR